Məsud Pezeşkian: ABŞ qalib gəlməyəcək, dünya ağır bədəl ödəyəcək

Məsud Pezeşkian: ABŞ qalib gəlməyəcək, dünya ağır bədəl ödəyəcək
Dünya 44

İran prezidenti Məsud Pezeşkian ABŞ ilə bağlı açıqlamasında müharibənin heç bir tərəfə fayda verməyəcəyini bildirib.

BAKU.WS xəbər verir ki, Pezeşkian Pakistan Baş Qərargah rəisi Asim Munir ilə görüşdə bildirib ki, ABŞ bu qarşıdurmada qalib olmayacaq və nəticədə həm region ölkələri, həm də dünya ciddi itkilərlə üzləşəcək.

O qeyd edib ki, münaqişədən fayda götürməyə çalışan yeganə tərəf "sionist rejim"dir. Pezeşkian İranın bölgədə sabitlik və sülh tərəfdarı olduğunu vurğulayıb.

Prezident əlavə edib ki, İslam ölkələri birlik nümayiş etdirməli və regionda müharibələrin qarşısını birgə almalıdır. Onun sözlərinə görə, müsəlman ölkələri öz təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilər.

Görüşdə çıxış edən Munir isə bildirib ki, müharibə başa çatsa belə, region əvvəlki vəziyyətinə qayıtmayacaq. O, yaxın zamanda razılaşma əldə olunacağına ümid etdiyini qeyd edib.

Son xəbərlər