Məşhur çimərlikdə insan qalıqları tapılmağa başladı

Məşhur çimərlikdə insan qalıqları tapılmağa başladı
Dünya 453

İspaniyanın məşhur çimərliklərində insan qalıqları aşkarlanması yerli əhali və turistlərin ciddi narahatlığına səbəb olub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, istirahət edənlərə çimərlik tətili üçün yer seçərkən diqqətli olmaları tövsiyə olunub.

Məşhur Mayorka, İbiza, Menorka və Formentera kurortlarında sözügedən hal qeydə alınıb. Oxşar hadisələr 2025-ci ilin əvvəlindən müxtəlif tezliklərdə baş verib və bir çox qalıqlar müəyyən edilib. Son hadisə şənbə günü, martın 15-də, Mayorkadakı Can Pastilla çimərliyində insan ayağı tapılan zaman baş verib. Maraqlıdır ki, cəmi bir neçə saat əvvəl bu yerdən bir neçə kilometr aralıda digər bədən hissələri aşkar edilib.

İlkin məlumatlara görə, aşkar edilən qalıqlar dəniz yolu ilə İspaniya ərazisinə keçmək üçün təhlükəli cəhdlər etmiş miqrantlara aid ola bilər. Qaçaqmalçılar son dərəcə riskli şərtlər altında onlarla belə insanı müntəzəm olaraq daşımaöa cəhd edir.

Narahat olan yerli sakinlər turistləri qorxulu tapıntılarla qarşılaşmamaq üçün adalara səfər etməkdən çəkinməyə çağırıb.

Oxşar xəbərlər

Son xəbərlər