Marseldə Rusiya Konsulluğu yaxınlığında partlayışda şübhəli bilinən iki nəfər saxlanıldı
Fransanın Marsel şəhərində Rusiya Baş Konsulluğu yaxınlığında baş verən partlayışla bağlı iki nəfər saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın baş konsulu Stanislav Oranski RIA Novosti-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, şübhəlilər şəhərin mərkəzində keçirilən Ukrayna tərəfdarlarının mitinqi zamanı saxlanılıb. Rusiya Konsulluğuna hücum faktı ilə bağlı cinayət işi açılıb.
Oranski həmçinin vurğulayıb ki, Fransa hakimiyyəti Rusiya tərəfinin diplomatik nümayəndəliklərin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müraciətlərinə cavab vermir. Onun sözlərinə görə, Marseldə rusiyalılara qarşı təxribat riskləri hələ də qalmaqdadır.
Xatırladaq ki, fevralın 24-də naməlum şəxslər diplomatik nümayəndəliyin bağçasına "Molotov kokteyli" atıb və nəticədə ərazidə partlayış baş verib.
Sonradan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hadisənin "terror aktı əlamətləri" daşıdığını qeyd edərək, diplomatik nümayəndəliyin təhlükəsizliyinin gücləndirilməsinə çağırış edib.
Oxşar xəbərlər
Türkiyədə müəllim 8 şagirdi istismar etdiyinə görə 65 il həbs cəzası aldı
Türkiyənin Kastamonu bölgəsinin İnebolu rayonunda ibtidai məktəbdə çalışan sinif müəllimi A.Ç. 8 şagirdi seksual istismara məruz qoymaqda ittiham olunub. Məhkəm...