Mars "Pringles" istehsalçısını 36 milyard dollara alacaq
Avropa Komissiyası qənnadı məmulatları və qəlyanaltı istehsalçısı "Mars"ın "Pringles" brendinə sahib olan "Kellanova" şirkətini aldığını təsdiqləyib. Müqavilənin dəyəri 36 milyard dollardır.
BAKU.WS xəbər verir ki, Komissiya bu birləşmənin Avropa bazarında rəqabətə mənfi təsir göstərməyəcəyini bildirib. Qurum hesab edir ki, sövdələşmə nə bazarda dominant mövqe yaradacaq, nə də istehlakçı maraqlarına təhlükə yaradacaq.
Qərara əsasən, "Mars" bundan sonra "Pringles", "Pop-Tarts" və "Kellogg"s" dənli məhsullarını öz portfelinə əlavə etmiş olacaq. Şirkət artıq "M&M"s", "Snickers" və "Whiskas" kimi dünya miqyasında tanınan brendlərə sahibdir. Bu addım qlobal qida və qəlyanaltı sənayesində son illərin ən böyük birleşmələrindən biri sayılır.
Komissiyanın açıqlamasında qeyd olunur ki, hər iki şirkət müəyyən məhsullarda güclü bazar payına malik olsa da, birləşmə pərakəndə satışda inhisar yaratmayacaq. Uzun raf ömrü olan məhsullar, istehlakçıların impulsla alış etməsi və brendlərə aşağı sədaqət kimi faktorlar bazar risklərini azaldan əsas səbəblər göstərilib.
Birləşmə iyun ayında ABŞ Federal Ticarət Komissiyası tərəfindən də təsdiqlənib. İqtisadi genişlənmə planlarının bir hissəsi olaraq, "Mars" 2026-cı ilin sonuna qədər Avropa İttifaqında fəaliyyətinə 1 milyard avro sərmayə yatıracağını açıqlayıb. Bu investisiya istehsal gücünün artırılması, davamlılıq və regional iqtisadi dayanıqlığın gücləndirilməsi üçün nəzərdə tutulur.
Şirkətlərin birləşməsi artıq təsdiqlənib və yaxın illərdə qlobal qida bazarında rəqabət mənzərəsinin dəyişəcəyi gözlənilir.
Oxşar xəbərlər
Gənc oğlana qoşulub qaçan evli qadın müzakirələrə səbəb oldu
Türkiyədə hamını təəccübləndirən hadisə yaşanıb. BAKU.WS xəbər verir ki, aparıcı Esra Erolun verilişinə çıxan Zeynəbin evli olduğu halda gənc oğlana qoşularaq...