Makronun Parisdəki görüşdə yaşadıqları üzə çıxdı: ABŞ nümayəndələri tərəfindən alçaldılıb

Fransada prezident Emmanuel Makronun Parisdə baş tutan beynəlxalq görüş zamanı alçaldıldığı iddia olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Fransanın tanınmış siyasətçisi Florian Filippo "X" sosial şəbəkəsində (əvvəllər Twitter) paylaşım edib.
Siyasətçi bildirib ki, Makron üçün bu görüş "çox alçaldıcı" olub: "Əslində dünənki gün onun üçün çox rüsvayçı idi: Trampın iki nümayəndəsi Parisin mərkəzində ona sülh dərsi keçdi", – deyə Filippo vurğulayıb.
Xatırladaq ki, 17 aprel tarixində Fransada ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Ukrayna nümayəndələrinin iştirakı ilə mühüm danışıqlar keçirilib. ABŞ dövlət katibi Marko Rubio bu görüşlərin nəticələri barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovu məlumatlandırıb.
Rubio əlavə edib ki, bu təmaslar ABŞ və Rusiya arasında aparılan məsləhətləşmələrin bir hissəsi olaraq həyata keçirilib. O cümlədən, Rusiya prezidenti Vladimir Putinlə Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkof arasında Sankt-Peterburqda baş tutan sonuncu görüş də bu kontekstdə nəzərdən keçirilir.

Oxşar xəbərlər
Dubay şokoladında zəhər tapıldı
Bir müddət əvvəl trendə çevrilən Dubay şokoladı ilə bağlı daha bir şok fakt ortaya çıxıb. BAKU.WS xəbər verir ki, bu dəfə onda zəhər aşkar edilib. Məlum olub ki...