Mahsun Kırmızıgül yanan Kartalkaya turizm mərkəzində istirahət edirmiş
Məşhur müğənni Mahsun Kırmızıgül həyatının şokunu yaşayıb.
BAKU.WS xəbər verir ki, 8 yaşlı qızı Laivinlə istirahətə gedən sənətçinin qaldığı otelin yanındakı bina anidən alovlanmağa başlayıb.
"Hamımız böyük şok keçirdik. Böyük bir ağrıdır. Yaralı vətəndaşlarımıza Allahdan şəfa diləyirəm" - deyə ifaçı bildirib.
Daha sonra Mahsun "Bütün uşaqlar valideynləri ilə istirahətdədirlər, biz də Lavinlə gəlmişik. Ötən il də buradaydıq. Burada mən xizək sürməyi də öyrəndim. Bu arada Lavin də yeni öyrənir" deyə əlavə edib.
Xatırladaq ki, Kartalkaya qış turizm mərkəzində anidən başlayan yanğın nəticəsində 10 nəfər ölüb, 32 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxşar xəbərlər
Bu gün Ümumdünya Tütünlə Mübarizə Günüdür
Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1988-ci ildən etibarən hər il mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd edilir. BAKU.WS xəbər verir ki,...