Los-Anceles şəhərinin şerifi yanğınların fəsadını atom bombasının zərbəsi ilə müqayisə edib

Los-Anceles şəhərinin şerifi Robert Luna meşə yanğınlarının dağıdıcı təsirini atom bombasının zərbəsi ilə müqayisə edib.
BAKU.WS xəbər verir ki, hüquq-mühafizə orqanının əməkdaşı bu barədə keçirdiyi mətbuat konfransında bildirib.
Luna həmçinin yanğınlar nəticəsində ölənlərin sayının artmayacağını ümid etdiyini bildirib.
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles bölgəsindəki meşə yanğınlarında ölənlərin sayı on nəfərə çatıb.
Xatırladaq ki, Los-Ancelesdə yanğın ən azı beş gündür davam edir.
Bu yanğınlar 11 min hektardan çox ərazini əhatə edir. Yanğın minlərlə binaya, o cümlədən ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden və aktrisa Paris Hilton kimi məşhurların evlərinə zərər vurub.
Yanğınlar nəticəsində 202 mindən çox ev elektriksiz qalıb, on minlərlə sakin üçün məcburi evakuasiya əmrləri verilib.
Bölgənin yanğınsöndürmə xidmətinin rəhbəri etiraf etdi ki, bu yanğınlar artıq Los-Anceles bölgəsi tarixindəki ən dağıdıcı yanğınlar kimi tanınır.
Oxşar xəbərlər
Meqan Markl Şahzadə ərinin nadir fotosunu paylaşdı
2020-ci ildə Britaniyada kral ailəsindən ayrılan və ABŞ-yə köçən şahzadə Harrinin həyat yoldaşı Meqan Markl həyat yoldaşının nadir fotosunu yayımlayıb. BAKU.WS...
