Kriştiano Ronaldo: "Məni öldürmək istəyənlər var"
Məşhur futbolçu Kriştiano Ronaldo UEFA Millətlər Liqası çərçivəsində Uelsə qarşı keçiriləcək matçdan öncə təşkil olunan mətbuat konfransında səs-küy yaradacaq açıqlamalarla çıxış edib.
BAKU.WS xəbər verir ki, 41 yaşlı hücumçu karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırarkən gələcəyi barədə dəqiq fikrinin olmadığını bildirib:
"Kaş ki, bu sualın dəqiq cavabını bilsəydim, amma bilmirəm. Lakin bu, mənim futboldakı son ilim də ola bilər. Son matçıma çıxanda bu barədə sizə mütləq xəbər verəcəyəm".
Ünvanına səslənən kəskin tənqidlərə də toxunan təcrübəli futbolçu bəzi media qurumlarının onun nüfuzuna xələl gətirməyə çalışdığını qeyd edib.
O, özünəməxsus zarafatla bu təzyiqlərin ona təsir etmədiyini bildirib:
"Məni öldürmək istəyənlər var, amma bunun üçün yalnız ov tüfəngindən istifadə etməlidirlər. Silah işlətməsələr, heç bir şansları yoxdur. Hətta tüfənglə atəş açsalar belə, güllədən yayınmağı bacararam. Mən artıq bu cür təzyiqlərə öyrəşmişəm"
Oxşar xəbərlər
Türkiyədə 5,4 ballıq zəlzələ olub, yollarda çat əmələ gəlib
Türkiyənin Şanlıurfa vilayətində baş verən 5,4 maqnitudalı zəlzələdən sonra Diyarbəkirdə bəzi yollarda çatlar əmələ gəlib. BAKU.WS xəbər verir ki, bu barədə "Ha...