Konqoda Ebola epidemiyası elan edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusu ilə bağlı fövqəladə vəziyyət elan olunub.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Roqer Kamba paytaxt Kinşasada keçirilən mətbuat konfransında məlumat verib.
Nazirin sözlərinə görə, Mveka rayonunda indiyədək 28 Ebola hadisəsi aşkarlanıb. Epidemiya nəticəsində 15 nəfər, o cümlədən dörd tibb işçisi həyatını itirib.
Kamba bildirib ki, hökumət ictimai səhiyyə üzrə fövqəladə vəziyyət elan edib və vəziyyətə cavab olaraq mərkəzləşdirilmiş koordinasiya mexanizmi yaradılıb. Bundan əlavə, dəfn mərasimləri təhlükəsizlik qaydalarına uyğun şəkildə yenidən təşkil edilib.
Nazir vurğulayıb ki, epidemiya ilə mübarizə üçün bütün zəruri addımlar atılır və vətəndaşlar profilaktik qaydalara ciddi riayət etməyə çağırılır.
Oxşar xəbərlər
"Bloomberg": ABŞ və İran münaqişənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyişə yaxındır
ABŞ və İran münaqişənin tam dayandırılması ilə bağlı danışıqlarda mümkün irəliləyişə yaxınlaşır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Bloomber...