KİV: Türkiyə Ukraynaya sülhməramlılar göndərmək fikrinə açıqdır
Türkiyə hökuməti Ukrayna münaqişəsinin həll olunacağı təqdirdə hərbçilərini sülhməramlı kimi bu ölkəyə göndərməyə hazır olduğunu bildirib.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks" "Bloomberg" agentliyinə istinadən yazır.
"NATO-da ABŞ-dən sonra ikinci ən böyük orduya malik olan Türkiyə Ukraynaya sülhməramlı qüvvələr göndərməyə açıqdır", - məlumatda bildirilib.
Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevral ayında Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşlərdə sülhməramlı qüvvələrin göndərilməsi mümkünlüyünü müzakirə edib.
Məlumata görə, Ankara sülhməramlılarını Ukraynada sülhməramlı missiyanın formalaşdırılması ilə bağlı bütün təmaslarda iştirak edəcəyi halda göndərməyə hazır olacaq.
Oxşar xəbərlər
Putin: Tramp Rusiya-Ukrayna münaqişəsini nizamlamaq cəhdlərini dayandırmır
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin nizama salınmasına töhfə vermək cəhdlərini dayandırmır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu...