KİV: Tramp Rusiyaya Alyaskada faydalı qazıntıların çıxarılmasını təklif etməyə hazırlaşır

KİV: Tramp Rusiyaya Alyaskada faydalı qazıntıların çıxarılmasını təklif etməyə hazırlaşır
Dünya 19

ABŞ Prezidenti Donald Tramp Ankoricdə keçiriləcək sammit zamanı Rusiya Prezidenti Vladimir Putinə Ukraynada müharibəyə son qoymaq müqabilində Alyaskada nadir faydalı qazıntıların işlənməsini təqdim etməyə hazırlaşır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "The Daily Telegraph" mənbələrə istinadən yazır.

Nəşrin yazdığına görə, Trampın digər təklifi Rusiyada mülki aviasiya təyyarələrinə xidmət üçün ehtiyat hissələri və avadanlıqların tədarükünə qoyulan qadağanın aradan qaldırılmasını nəzərdə tutur. Qeyd edilir ki, belə bir sövdələşmə Amerikanın "Boeing" konserni üçün çox sərfəli ola bilər.

Təkliflər arasında Putinə hazırda Rusiyanın işğalı altında olan Ukrayna ərazilərində nadir faydalı qazıntılara çıxış imkanı da daxildir.

Qeyd olunur ki, ABŞ-nin maliyyə naziri Skott Bessent atəşkəs sazişinin bağlanmasını sürətləndirmək üçün Rusiya ilə edə biləcəyi iqtisadi kompromisləri öyrənir.

Tramp və Putin arasında görüş avqustun 15-də ABŞ-nin Alyaska ştatının ən böyük şəhərində - Ankoricdə baş tutacaq. Görüşün məqsədi Rusiya-Ukrayna münaqişəsinə son qoymaq imkanlarını müzakirə etməkdir.

Son xəbərlər