KİV: Putin Ukraynaya hazırkı cəbhə xəttində atəşkəs təklif edir

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh razılaşması üçün hazırkı cəbhə xəttində atəşkəs təklif edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Putin Sankt-Peterburqda keçirilən görüşdə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffa deyib ki, Rusiya Ukraynanın dörd regionuna iddialarından əl çəkə bilər.
"Financial Times" iddia edir ki, bu, Putinin müharibəni dayandırmaq üçün bir sıra tələblərindən imtina etməsinin ilk əlaməti ola bilər. Lakin ABŞ-nin müharibəni bitirmək səyləri ilə tanış olan avropalı rəsmilər xəbərdarlıq edir ki, Tramp Rusiyanın digər şərtlərini də Ukraynaya diktə edə bilər.
Oxşar xəbərlər
"Arka Sokaklar"da gözlənilməz hadisə - 11 ildən sonra qayıtdı
"Arka Sokaklar"da təəccübləndirici hadisə yaşanıb. BAKU.WS xəbər verir ki, 11 il əvvəl ekran işini tərk edən aktyor Nail Kırmızıgül, yenidən layihəyə qayıdıb. ...
