Strateji valyuta ehtiyatlarımız neçə aylıq idxalı qarşılaya bilər? - AMB sədri AÇIQLADI

Strateji valyuta ehtiyatlarımız neçə aylıq idxalı qarşılaya bilər? - AMB sədri AÇIQLADI
İqtisadiyyat 23

"Azərbaycanın strateji valyuta ehtiyatları 41 aylıq idxalı qarşılamağa kifayətdir".

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Beynəlxalq maliyyə əməkdaşlığı: Artım üçün tərəfdaşlıqların qurulması" adlı paneldə çıxışı zamanı deyib.

Strateji valyuta ehtiyatlarımız neçə aylıq idxalı qarşılaya bilər? - AMB sədri AÇIQLADI

O bildirib ki, strateji ehtiyatlar həmçinin manatla geniş pul kütləsindən 3.5 dəfə çoxdur:

"Xarici dövlət borcu ÜDM-in cəmi 6%-i səviyyəsindədir. Eyni zamanda, rezident fiziki şəxslərin xarici valyutada olan depozitlərinin payının 25.8%-lə tarixi minimuma düşməsi ilə dollarlaşma azalmaqda davam edir. Tənzimləmə çərçivələrinin təkmilləşdirilməsi, şəffaflığın artırılması, bank sektorunda istehlakçı və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində davam edən səylər beynəlxalq kredit reytinq agentlikləri tərəfindən tanınıb. Güclü makroiqtisadi və fiskal göstəricilərlə birlikdə bu səylər bir sıra reytinq artımlarını dəstəkləyib. Bu irəliləyiş bank sektorunun qiymətləndirilməsində də aydın görünür".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər