KİV: İsrail ABŞ ilə birlikdə İrana kütləvi zərbələr endirməyə hazırdır

KİV: İsrail ABŞ ilə birlikdə İrana kütləvi zərbələr endirməyə hazırdır
Dünya 50

İsrail hərbçiləri ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının fəaliyyətinin bərpası ilə bağlı təyin etdiyi son müddət ərəfəsində İrana zərbələr endirmək üçün hazırlıq vəziyyətinə gətirilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı İsrail təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Trampın təsdiqini gözləyən birgə ABŞ-İsrail əməliyyat planları artıq hazırlanıb. "Biz bilirik ki, yaxın saatlarda prezident ya ultimatumun müddətini son anda uzada bilər, ya da təyyarələrə uçuş əmri verə bilər", - deyə o qeyd edib.

Əməliyyatın hazırlanması ilə tanış olan digər mənbə isə bildirib ki, əsas hədəflər İranın milli infrastrukturu olacaq. Onun sözlərinə görə, İsrail əsasən enerji obyektlərinə fokuslanacaq, ABŞ isə neft infrastrukturu ilə bağlı hədəfləri vuracaq.

Son xəbərlər