Kerç boğazına 3 min tona yaxın neft sızıb
Yeniliklərdən dərhal xəbərdar olun
Kerç boğazında tankerlərdən təxminən 3 min ton mazut sızıb.
BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Belə ki, Kerç boğazı ərazisində iki neft tankerinin qəzaya uğramasından sonra təxminən 3 min ton mazut Qara dənizə axıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Dəniz Hidrofizika İnstitutunun məsafədən zondlama üsulları şöbəsinin rəhbəri Sergey Staniçnıya istinadən məlumat yayıb.
Staniçninin sözlərinə görə, tankerlərdən suya təxminən 1,5 min ton mazut sızıb.
Məlumata görə, gəmi ümumilikdə 9,2 min ton mazut daşıyıb.
Qeyd edək ki, "Volqoneft-212" və "Volqoneft-239" gəmiləri Kerç boğazında qəzaya uğramışdı.
Birinci tanker quruya çıxıb, ikincisi isə qəza vəziyyətində olub.
İstintaq Komitəsi hadisə ilə bağlı gəmilərin istismarı qaydalarını pozduğuna görə cinayət işi açıb.
Dekabrın 16-da xilasedicilər "Volqoneft-239" gəmisinin bütün ekipaj üzvlərini təxliyə ediblər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...