İtaliyada qadın küçədə yediyi sendviçdən öldü
İtaliyada 45 yaşlı qadın yediyi sendviçdən ölüb.
BAKU.WS xəbər verir ki, Tamara Dakunto küçə satıcısından aldığı sandviçi yedikdən sonra onun halı pisləşib və vəfat edib.
Bundan əvvəl 52 yaşlı musiqiçi Luigi Di Sarno da İtalya səyyar səhər yeməyi satan adamdan aldığı sendviçi yedikdən sonra ölüb.
Bunun səbəbi sandviçin içərisində "Clostridium botulinum" adlı virusun olması olub.
Mütəxəssislər bu bakteriyaların çox az miqdarda istehlak edildikdə belə ölümə səbəb ola biləcəyini açıqlayıblar.
Botulizmə səbəb olan "Clostridium botulinum" bakteriyasının istehsal etdiyi toksinlər zəhərlənməyə səbəb olur.
Simptomlar adətən 12-72 saat sonra başlayır.
Bu simptomlara görmə qabiliyyətinin pozulması, nitqin pozulması, əzələ zəifliyi və yorğunluq daxildir.
Qalereya
Oxşar xəbərlər
Zelenski: Kiyevə hücumlara cavab olaraq Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
Ukrayna, Kiyevin və digər şəhərlərin yaşayış sahələrinə zərbələrin artırılmasını nəzərdə tutan Moskvanın yeni hərbi siyasətinə cavab olaraq dinc əhaliyə hücumla...