İtaliyada Etna vulkanının püskürməsi başlayıb
İtaliyanın Siciliya adasında Avropanın ən hündür və aktiv vulkanı olan Etna püskürməyə başlayıb.
Bu barədə "ANSA" nəşri İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) mütəxəssislərinə istinadla məlumat yayıb.
Bildirilir ki, Etnanın üzərində bir neçə kilometrə qədər yüksələn böyük və hündür bulud formalaşıb.
Alimlərin bildirdiyinə görə, püskürmə hadisəsi kraterin bir hissəsinin çökməsindən sonra baş verib. Nəticədə isti qazlar, vulkanik kül və qaya parçalarından ibarət piroklastik axın yaranaraq bir neçə kilometr hündürlüyə atılıb.
Hazırda mütəxəssislər Etnanın aktivliyini diqqətlə izləyirlər. Hələlik əhali üçün hər hansı təhlükə mövcud deyil.
Europe’s tallest active volcano, Mount Etna, has begun erupting in Italy. pic.twitter.com/aR8Ha1IxR5
— NEXTA (@nexta_tv) June 2, 2025
Oxşar xəbərlər
İranda tanınmış rejissor həbs edildi
İranın təhlükəsizlik qüvvələri tanınmış rejissor və ictimai fəal Səmira Novruz Nasirini həbs ediblər. BAKU.WS "Azad İran" "Telegram" kanalına istinadən xəbər ve...