İt aparıcının gözləri önündə 7 yaşlı qızına hücum etdi

Türkiyəli aparıcı Aslı Özkayanın azyaşlı qızı Tanem Karasaça it hücum edib.
BAKU.WS xəbər verir ki, 7 yaşlı Tanem idman kursundan çıxarkən ev itlərindən birinin hücumuna məruz qalıb.
"Rottweiler" cinsinə aid it qızı yerə yıxaraq onun belindən dişləyib. Həmin vaxt yaşananlara Aslı Özkaya da şahidlik edib:

"Yolun kənarından keçərkən qarşı tərəfdəki yolda it qızımın arxasına keçərək ona hücum etdi. O, qızımın bel hissəsini dişləyib onu yerə yıxdı. Bir ana kimi bu anların şahidi olmaq çox çətin idi".
Aparıcı xəsarət alan qızını təcili yardımla xəstəxanay aparıb.
Qorxu və həyəcan keçirən Aslı polisə gedib və itin sahibindən şikayətçi olub. Bələdiyyə işçiləri iti həmin ailədən alıblar.
Oxşar xəbərlər
Qazdığı hər yerdən qızıl tapan "xəzinə ovçusu" xəritəni paylaşdı
Avstraliyalı xəzinə axtarıcısı Tayler Mahoni illərdir bəzən tək, bəzən isə qardaşı ilə birlikdə qızıl axtarışına çıxaraq bu işi peşəyə çevirib. BAKU.WS xarici...
