İstanbulu tərk edən Sarp Levendoğlunun yeni görüntüləri
Aktyor Sarp Levendoğlunun yeni görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, hazırda Datçada (Türkiyənin Muğla şəhərində bölgə) yaşayan Sarp sosial şəbəkə paylaşımları ilə marağa səbəb olub.
Kənd həyatı yaşayan məşhur paylaşdığı videosunda "Burada hovuz yoxdur, çünki şlanq var" deyərək şlanqla çimib.
Aktyor açıqlamalarından birində şəhərdə yaşamağın baha olduğunu vurğulayıb. O təbbi kənd həyatına üstünlük verdiyini deyib.
"45 yaşım var və daha sağlam həyat üçün buradayam. Səhər oyanıb idman edirəm. Tıxac yoxdur, istədiyini edə bilərsən. Bu, həqiqətən, böyük bir lüksdür.Bəzi insanlar özünü göstərmək istəyir, bəziləri isə təcrid olunmuş həyat yaşamağı üstün tutur. Qeyri-adi maşınlarınızı nümayiş etdirə biləcəyiniz bir bar yoxdur. Restoranlarda hamı rahatdır. İdmandan sonra dörd növ yemək yeyirəm, ən çox 200 lira ödəyirəm" -deyə Sarp bildirib.
Oxşar xəbərlər
Hakan Fidan: İran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan ittifaqının hədəfi deyil
İranın Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılan müdafiə ittifaqının hədəfi olmadığı açıqlanıb. BAKU.WS xəbər verir ki, bunu Türkiyənin xarici...