İsrailli analitik İranın dağıdılan raket obyektlərinin xəritəsini hazırlayıb
İsrailin tanınmış təhlükəsizlik analitiki Ben-Tsiyon Makals İrandakı raket obyektlərinə dair 30-dan çox peyk şəklini araşdıraraq, 12 günlük müharibə zamanı zərər görmüş obyektlərin xəritəsini hazırlayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xarici KİV-ə istinadən məlumat yayıb.
Təhlükəsizlik analitiki "Yüksələn şir" əməliyyatı zamanı Təbriz, Kermanşah, Xürrəmabad, Tehran, Qum, İsfahan, Şiraz və Yəzddə 20-dən çox raket bazasının vurulduğunu açıqlayıb.
"Bu bazalarda raket hazırlıq və buraxılış strukturları, idarəetmə binaları və silah anbarları hədəf alınıb. Xüsusi diqqət yeraltı tunellərin girişlərinə yönəlib. Bir çox bazalarda tunel girişləri zərər görüb, bloklanıb və ya dağıdılıb", - deyə ekspert qeyd edib.
Oxşar xəbərlər
Amerikada cinayətkar polis əməkdaşlarına təcavüz etmək istəyib
ABŞ-nin Florida ştatında cinsi zorakılıq ittihamı ilə saxlanılan şəxs həbsxanaya aparılarkən qadın polis əməkdaşını da cinsi zorakılığa məruz qoymağa cəhd edib....