İsrail və HƏMAS yenidən əsir mübadiləsi həyata keçirib
16
fev
2025
14:28
İsrailin həbsxanalarında saxlanılan 369 fələstinli Qəzza zolağında saxlanılan 3 israilli ilə müqavilə əsasında sərbəst buraxılıb.
BAKU.WS-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər yayıb.
Verilən məlumata görə, işğal altındakı İordan çayının qərb sahilində azad edilən dörd fələstinlinin vəziyyəti kritikdir və onlar xəstəxanaya yerləşdiriliblər.
Əlavə olaraq, ötən gün Fələstinin HƏMAS hərəkatı tərəfindən Qəzza zolağında saxlanılan üç israilli girov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil verilib.
Oxşar xəbərlər
Qətər Əmiri və Tramp ABŞ-İran münasibətlərini müzakirə ediblər
Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. BAKU.WS xəbər verir ki, söhbət zamanı ABŞ və İran...