İsrail Suriyada iki yaşayış məntəqəsində təmizləmə əməliyyatı keçirib
İsrail Ordusunun xüsusi təyinatlı bölmələri Suriyanın Deraa əyalətindəki iki yaşayış məntəqəsində təmizləmə əməliyyatı keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail hərbçiləri yeddi zirehli maşınla Yarmuk çayı kənarındakı Masartiya qəsəbəsinə daxil olublar. Yerli sakinlərin evlərində aparılan axtarışlar zamanı radikal qruplaşmaların üzvləri olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Məlumata görə, xüsusi təyinatlıların digər dəstəsi Saysun yaşayış məntəqəsində əməliyyat keçirib və tədbirlər zamanı oraya aparan yollar bağlanıb.
Oxşar xəbərlər
Braziliyada prezidentin adı bəlli olmadı - Bolsonaro və Lula ikinci turda
Braziliyada keçirilən prezident seçkilərinin ilk turunda heç bir namizəd tələb olunan səs çoxluğunu əldə edə bilməyib. BAKU.WS xəbər verir ki, səslərin 97,36 fa...