İsrail qüvvələri yenidən Suriya ərazisinə daxil olub
17
dek
2025
20:12
İsrail ordusu Suriyanın Əl-Kunaytra vilayətinin kənd təsərrüfatı bölgəsində yerləşən bir neçə kəndə yenidən daxil olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, İsrail hərbçilərinin dörd nəqliyyat vasitəsindən ibarət korteji dağıdılmış Əl-Kunaytra şəhərinə daxil olub. Sonra onlar "Əlam dairəsi"ndə müvəqqəti nəzarət-buraxılış məntəqəsi quraraq Şərqi Samdaniya kəndinə doğru hərəkət ediblər və vilayətin şimalındakı Tal-Krum-Caba bölgəsinə çatıb.
Agentliyin məlumatına görə, bundan əvvəl də İsrail qüvvələri vilayətin cənubundakı bir sıra kənd və şəhərlərə daxil olublar.
Oxşar xəbərlər
Ermənistan ordusunun hərbçisi ölüb
Ermənistanda 1 saylı hərbi hissədə hərbçinin ölümü ilə bağlı cinayət işi başlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayı...