İsrail Qəzzaya humanitar yardımın girişini dayandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail hökuməti Qəzza zolağına humanitar yardımın daxil olmasını müvəqqəti dayandırıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Binyamin Netanyahunun ofisi məlumat yayıb.
Bildirilib ki, Netanyahunun qərarına əsasən, bu gün səhər saatlarından etibarən Qəzzaya hər cür humanitar yardımın girişinə maneə qoyulub. Səbəb kimi atəşkəs və əsir mübadiləsi ilə bağlı razılaşmanın 42 günlük birinci mərhələsinin başa çatması, İsrailin irəli sürdüyü yeni danışıqlar təklifinin HƏMAS tərəfindən qəbul edilməməsi göstərilib.
Məlumata görə, İsrailin təklif etdiyi danışıqlar planı ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff tərəfindən hazırlanıb. Lakin HƏMAS bu təklifi qəbul etmədiyi üçün humanitar yardımların dayandırılması qərara alınıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...