İsrail Qəzza şəhərində əməliyyatları dayandırıb
İsrail hakimiyyəti Qəzza şəhərində hərbi əməliyyatların dayandırılması barədə göstəriş verib.
BAKU.WS xəbər verir ki, bu barədə İsrail ordusunun "Qaley Tzahal" radiosu məlumat yayıb.
Məlumata görə, vəziyyətin gecə saatlarında qiymətləndirilməsindən və ABŞ rəsmiləri ilə aparılan danışıqlardan sonra İsrailin siyasi rəhbərliyi ordusuna Qəzzada hərbi fəaliyyətləri minimum səviyyəyə endirməyi, yalnız müdafiə xarakterli əməliyyatlar həyata keçirməyi tapşırıb.
Radiostansiyanın bildirdiyinə görə, bu qərar şəhərin tam ələ keçirilməsi əməliyyatının faktiki olaraq dayandırılması anlamına gəlir.
Oxşar xəbərlər
Braziliyada prezidentin adı bəlli olmadı - Bolsonaro və Lula ikinci turda
Braziliyada keçirilən prezident seçkilərinin ilk turunda heç bir namizəd tələb olunan səs çoxluğunu əldə edə bilməyib. BAKU.WS xəbər verir ki, səslərin 97,36 fa...