İsrail ordusuna İranı vurmaq əmri verildi
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin müdafiə naziri İsrael Katz orduya İranın atəşkəs rejimini pozmasına qəti şəkildə cavab verməyi tapşırıb.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi "Telegram" kanalında məlumat verilib.
"Mən İsrail ordusuna İranın atəşkəs rejimini pozmasına Tehranın mərkəzindəki hədəflərə güclü zərbələr endirməklə qəti şəkildə cavab verməyi tapşırmışam", - deyə nazir bildirib.
Xatırladaq ki, bundan əvvəl İsrail atəşkəs elan edildikdən sonra İrandan öz ərazisinə raket atışlarını qeydə alıb.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri hazırda təhlükənin aradan qaldırılması üçün zərurət olan yerlərdə müdaxilə və zərbə endirmək üçün fəaliyyət göstərir.
Qeyd edək ki, iyunun 24-nə keçən gecə ABŞ prezidenti Donald Tramp İran və İsrailin atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, qüvvəyə mindikdən sonra dünya "12 günlük müharibənin rəsmi başa çatmasını" alqışlayacaq.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...