İsrail Ordusu Qəzzanın şimalında bir tuneli məhv edib, onlarla silahlını öldürüb
17
may
2025
20:20
İsrail Ordusunun hərbçiləri Qəzza zolağının şimal hissəsində HƏMAS hərəkatına məxsus təxminən 2 kilometr uzunluğunda tuneli partladıblar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bu ərazidə keçirilən əməliyyat zamanı onlarla silahlı məhv edilib.
"Əməliyyat zamanı hərbçilər bir neçə tunel şaxtası, partlayıcı qurğu, buraxılış qurğusu, eləcə də HƏMAS terror təşkilatına məxsus əlavə silah-sursat – raketlər, qumbaralar və qumbaraatanlar aşkar ediblər", – məlumatda bildirilir.
Oxşar xəbərlər
Latviya Ukraynaya 21 zirehli transportyor verib
Latviya Ukraynaya 21 ədəd "Patria" 6×6 tipli zirehli transportyor göndərib. BAKU.WS xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal "Telegram"...