İsrail ordusu Qəzzanın şimalında 11 HƏMAS yaraqlısını öldürüb
İsrail ordusunun Qəzzanın şimalında Beyt-Han şəhrinin altındakı tunellərdə keçirdiyi son əməliyyatda azı 11 HƏMAS yaraqlısı öldürülüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun və ŞABAK-ın birgə bəyanatında deyilir.
Məlumata görə, Beyt-Hanunda kəşfiyyat və hərbçilərin birgə keçirdiyi əməliyyat nəticəsində tunellər də daxil olmaqla HƏMAS-ın qalan infrastrukturu məhv edilib
"Hazırda tunellərin içərisində səhra komandirləri də daxil olmaqla 11 HƏMAS yaraqlısının cəsədi tapılıb", - deyə məlumatda bildirilir.
İsrail ordusu keçən həftə Beyt-Hanunda olan hərəkat yaraqlılarının axtarışı üçün əməliyyata başladığını bildirib.
Oxşar xəbərlər
Ukrayna qanunvericiliyində əcnəbilərlə bağlı dəyişikliklər edilir?
Dörd ildir davam edən genişmiqyaslı Ukrayna müharibəsi həm bu ölkədə, həm də qonşu dövlətlərdə əcnəbilərin yaşayışı və gediş-gəlişi ilə bağlı qaydalara təsir gö...