İsrail Ordusu İranda yeraltı raket anbarına hücum edib
14
iyn
2025
23:00
İsrail Ordusu İranın müxtəlif növ raketlər və buraxılış qurğuları üçün nəzərdə tutulmuş yeraltı anbarına zərbələr endirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti teleqram kanalında bəyanat yayıb.
"İsrail Ordusu İranın qərbində "yer-yer" tipli və qanadlı raketlərin saxlandığı yeraltı obyektə hücum edib", - bəyanatda deyilir.
Məlumata görə, hədəfə alınan obyektin tərkibində yeraltı tunellər, raketlərin saxlanıldığı sahələr və çoxsaylı buraxılış qurğuları yerləşib.
Oxşar xəbərlər
Braziliyada prezidentin adı bəlli olmadı - Bolsonaro və Lula ikinci turda
Braziliyada keçirilən prezident seçkilərinin ilk turunda heç bir namizəd tələb olunan səs çoxluğunu əldə edə bilməyib. BAKU.WS xəbər verir ki, səslərin 97,36 fa...