İsrail IPC hesabatının geri çağırılmasını tələb edib
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatından (IPC) Qəzzada fəlakətli aclığın hökm sürdüyünü təsdiqləyən hesabatı geri çağırmağı tələb edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Eden Bar-Tal beynəlxalq media nümayəndələrinin qarşısında çıxışı zamanı bildirib.
"İsrail IPC-dən saxta hesabatını dərhal geri çağırmağı və müvafiq bildiriş dərc etməyi tələb edir", - o qeyd edib.
Baş direktorun sözlərinə görə, əgər IPC qısa müddətdə hesabatı geri çağırmasa və müvafiq bildiriş dərc etməsə, İsrail tədqiqat institutunun bütün donorlarına müraciət edərək, onlara sübutlar və faktlar təqdim edəcək.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...