İsrail Dəməşqə zərbə endirib: Hədəf Suriya ordusunun Baş Qərargahı olub

İsrail Dəməşqə zərbə endirib: Hədəf Suriya ordusunun Baş Qərargahı olub
Video
Dünya 183

İsrail Müdafiə Qüvvələri (IDF) Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirib. Zərbələr nəticəsində Suriya Silahlı Qüvvələrinin Baş Qərargah kompleksi hədəfə alınıb.

Bu barədə məlumatı İsrail ordusunun mətbuat xidməti təsdiqləyib.

İsrailin rəsmi açıqlamasında qeyd olunub ki, zərbələr siyasi rəhbərliyin göstərişlərinə əsasən həyata keçirilib və məqsəd rejimin cənub bölgəsində druz icmasına qarşı hərəkətlərinə cavab verməkdir.

Ordunun bəyanatına görə, İsrail Silahlı Qüvvələri bölgədəki vəziyyəti diqqətlə izləyir və müxtəlif ssenarilərə hazırdır.

Suriya mediası isə zərbələr nəticəsində iki mülki şəxsin xəsarət aldığını bildirib. Hadisədən əvvəl sosial şəbəkələrdə Dəməşq üzərində pilotsuz uçuş aparatlarının göründüyünə dair məlumatlar yayılıb.

Partlayışların konkret səbəbləri hələlik açıqlanmasa da, bu hücum İsrailin Suriya ərazisində son dövrlərdə həyata keçirdiyi ən ciddi hərbi addımlardan biri kimi dəyərləndirilir.

Oxşar xəbərlər

Avropanın üç lideri Trampla Ukrayna münaqişəsini müzakirə edib

Avropanın üç lideri Trampla Ukrayna münaqişəsini müzakirə edib

Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla telefon danışığı a...

38 Dünya 23:07 10 dekabr 2025

Son xəbərlər