Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək...
Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğası gözlənilir.
Mütəxəssislərin hesablamalarına əsasən, Günəşdən atılan plazma buludunun Yerə çatması təxminən üç gün çəkəcək. Maqnit qasırğasının 10-12 saat davam edəcəyi bildirilir.
Alimlər qeyd ediblər ki, Günəşdə aktiv bölgələrin artımı hazırda dayanıb və müşahidə olunan partlayışların gücü də azalıb.
Xatırladaq ki, bundan əvvəl Günəşdə M sinfinə aid iki partlayış baş verib. Nəticədə Yer istiqamətində kifayət qədər böyük plazma buludları hərəkətə keçib.
Mütəxəssislər oktyabr ayında qeyri-adi yüksək Günəş aktivliyinin gözlənilmədiyini, lakin ayın sonlarında güclü geomaqnit qasırğasının baş verməsi ehtimalının olduğunu bildirirlər.
Oxşar xəbərlər
Rusiyada "ağciyər vəbası" həyəcanı - ABŞ vətəndaşlarını ölkəni tərk etməyi çağırdı
Rusiyada laboratoriya işçisinin şübhəli ölümü "ağciyər vəbası" narahatlığına səbəb olub. BAKU.WS xəbər verir ki, yaşanan hadisə fonunda ABŞ-nin Rusiyadakı səfi...