Muxtar Babayev: Azərbaycan kiçik ada dövlətlərinin iqlim müzakirələrində iştirakının genişləndirilməsini dəstəkləyib

Muxtar Babayev: Azərbaycan kiçik ada dövlətlərinin iqlim müzakirələrində iştirakının genişləndirilməsini dəstəkləyib
Digər 18

Azərbaycan ardıcıl olaraq iqlim böhranından ən çox təsirlənənlərin, o cümlədən kiçik ada dövlətlərinin (SIDS) səslərinin yalnız eşidilməsinin deyil, həm də qlobal iqlim siyasətində mənalı şəkildə əks olunmasının təmin edilməsini müdafiə edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Fici, Tuvalu və Avstraliyanın birgə təşkilatçılığı ilə Ficidə keçirilən Pre-COP31 tədbirində deyib.

Onun sözlərinə görə, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) üzləşdiyi spesifik həssaslıqların beynəlxalq gündəlikdə lazımi diqqəti almasını və bu ölkələrə qarşılaşdıqları xüsusi problemlərin həllində lazımi dəstəyin göstərilməsini təmin etmək xüsusi əhəmiyyət daşıyır:

"Biz artıq Paris Sazişinin ilk onilliyini başa vurmuşuq. COP29-da onun siyasət dövrünü tam şəkildə işlək vəziyyətə gətirdik və COP30-da daha da irəliləyişə nail olduq. Bütün ambisiya və onun həyata keçirilməsini təmin edən mexanizmlər artıq fəaliyyət göstərir və növbəti onillik həqiqi icra mərhələsi olmalıdır".

Muxtar Babayev bildirib ki, COP31 açıq şəkildə icraya yönəlmiş COP kimi təqdim olunur:

"Sədrliyin əsas diqqəti Dialoq, Konsensus və Fəaliyyət prinsiplərinə yönəlir. Fəaliyyət Gündəliyi isə icranı maliyyə, enerji, dayanıqlılıq, sənayeləşmə və digər sahələrlə əlaqələndirir. Bu baxımdan, COP31 sadəcə ölkələrdən daha çox iş görməyi tələb etməklə deyil, onların artıq üzərlərinə götürdükləri öhdəlikləri həyata keçirməsini daha mümkün etməklə icra COP-u olmalıdır. İcranı yalnız artıq mövcud olan iddialı planların təqdim edilməsi ilə ölçməməliyik. Əsas məsələ ölkələrin həmin planları reallığa çevirmək üçün lazımi imkanlara və əlverişli şəraitə malik olub-olmamasıdır".

Prezidentin nümayəndəsi vurğulayıb ki, milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC-lərin) tam şəkildə həyata keçirilməsini təmin etmək üçün digər icra vasitələri ilə yanaşı, maliyyələşmə də təmin edilməlidir:

"Bu kontekstdə COP31 COP29-da əldə olunmuş iqlim maliyyələşməsi üzrə nəticələrə əsaslanan dinamikanı qoruyub saxlamalıdır.Yeni Kollektiv Kəmiyyətləşdirilmiş Maliyyə Məqsədi (NCQG) kağız üzərində yalnız arzuolunan bir məqsəd olaraq qala bilməz və qalmamalıdır. Bu, yalnız maliyyə məqsədi deyil. O, həmçinin Paris Sazişi də daxil olmaqla çoxtərəfli iqlim prosesinin effektivliyinin və etibarlılığının sınağıdır. COP31 Uyğunlaşma üzrə Qlobal Məqsədlə bağlı, o cümlədən göstəricilərlə bağlı çətinlikləri həll etməlidir".

Muxtar Babayev əlavə edib ki, Bakı, Belem və Antalya ümumi məqsəd ətrafında birləşdirilməlidir:

"COP31-in Fəaliyyət Gündəliyi ölkələrin prioritetlərini maliyyə, investisiya, texnologiya və tərəfdaşlıqlarla əlaqələndirməyə və yerlərdə icranı sürətləndirməyə kömək etməlidir. O, artıq əldə edilmiş qərarların həyata keçirilməsinə töhfə verməli, formal prosesləri konkret fəaliyyətə yönəlmiş həllərə çevirməlidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər