Vətən müharibəsi qazisi: "Döyüşün taleyini həll edən silah deyil"
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsi qazisi Aslan Şərifovun döyüş yolu 2020-ci ildən daha əvvəl başlayıb. Xüsusi təyinatlı kimi xidmət edən hərbçi 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Aslan Şərifov yenidən ön cəbhədə olub.
O, döyüşlərə Füzuli istiqamətindən başlayıb, daha sonra Cəbrayıl istiqamətində qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak edib.
Aslan Şərifov döyüşlərin birində mövqe dəyişərkən düşmən snayperinin açdığı atəş nəticəsində sağ qolundan yaralanıb.
"Şaqqıltı səsi gəldi. Bölmə komandiri soruşdu ki, nə oldu? Dedim, heç nə, qolum qırıldı. Bu müharibənin öhdəsindən gəlməyimiz mənim üçün qürurdur. Hər dövlətin silahı, tankı, topu ola bilər. Döyüşün taleyini həll edən silah deyil", - deyə Vətən müharibəsi qazisi sözlərinə əlavə edib.
Aslan Şərifov "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Hərbi xidmətlərə görə", "İgidliyə görə", "Vətən müharibəsi iştirakçısı" və "Şücaətə görə" medalları ilə təltif olunub.
Oxşar xəbərlər
Daha bir məktəbə direktor təyin edildi
Bakı şəhəri 145 nömrəli tam orta ümumtəhsil məktəbinə yeni direktor təyin edilib. BAKU.WS xəbər verir ki, bu barədə sözügedən məktəb məlumat yayıb. Bildirilib k...