Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
06
okt
2026
22:49
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizinə başlanılıb.
Bununla da qəza nəticəsində ölənlərin sayı 24-ə yüksəlib. Hazırda 4 nəfər itkin düşmüş hesab olunur.
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi qəzaya uğrayıb. Gəmidə olanlardan 239 nəfər xilas olunub.
Oxşar xəbərlər
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
İran Prezidenti Məsud Pezeşkian ilk dəfə Türkmənistanda keçiriləcək MDB Dövlət Başçıları Şurasının geniş tərkibli iclasında iştirak edəcək. BAKU.WS "Report"a is...