Sibiqa Ukraynaya göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib

Sibiqa Ukraynaya göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib
Digər 23

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukraynaya növbəti humanitar yardım partiyasına görə Azərbaycana təşəkkür edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, Ukrayna Azərbaycanın həmrəyliyini və əməli dəstəyini dərindən dəyərləndirir.

"Həyati əhəmiyyətli enerji avadanlıqlarının növbəti partiyası Azərbaycandan Ukraynaya göndərilir. Bura istilik mövsümü ərəfəsində enerji sistemimizin dayanıqlığını gücləndirməyə kömək edəcək güclü transformatorlar, 186 km elektrik kabelləri və digər avadanlıqlar daxildir", - diplomat yazıb.

O həmçinin Ukraynaya dəstəyə görə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova və Azərbaycan xalqına minnətdarlığını bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər