İspaniyanın Baş naziri: Sel fəlakətindən sonra 2025-ci il üçün yeni bir büdcəyə ehtiyac duyuruq
İspaniyanın Baş naziri Pedro Sançes oktyabrın 29-da ölkənin şərq və cənub bölgələri, xüsusilə Valensiyada ciddi tələfata, yüzlərlə insanın ölümünə səbəb olan sel və daşqınların iqlim dəyişikliyi böhranı ilə əlaqədar olduğunu bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, indiki şəraitdə siyasi müzakirələrdən uzaq qalacağını və prioritetin həyat xilas etmək olduğunu deyib.
"Sel fəlakətindən sonra 2025-ci il üçün yeni bir büdcəyə ehtiyac duyuruq", - Baş nazir vurğulayıb.
Qeyd edək ki, oktyabrın 29-da başlamış leysan yağışlarından sonra baş verən daşqınlar nəticəsində ölənlərin sayı 218 nəfərə çatıb.
Oxşar xəbərlər
Xəzərdə dənizində 14 hərbçi həlak oldu - Qazaxıstanın 5 yüksək rütbəli şəxsi SAXLANILDI
Qazaxıstanda hərbi təlimlər zamanı hərbçilərin Xəzər dənizinə düşməsi ilə bağlı hadisənin yeni təfərrüatları açıqlanıb. BAKU.WS-in məlumatına görə, bu barədə Qa...