İspaniyada sel fəlakəti - Yenidən xəbərdarlıq edildi
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyanın cənubundakı Kosta del Sol bölgəsində leysan yağışlar və daşqınlar səbəbindən minlərlə insan evlərindən təxliyə edilib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki,
ölkənin Milli Meteorologiya İdarəsi yaöışların cümə gününə qədər davam edəcəyini açıqlayıb.
Bu səbəbdən, Aemet, Malaga və Kataloniyanın şimal-şərq bölgəsi yüksək həyəcan vəziyyətinə gətirilib.
Marbella, Velez və Estepona kimi turizm mərkəzlərinin daxil olduğu Malaga bölgəsinin "Dana" kimi tanınan ekstremal hava hadisələrindən ən çox təsirlənəcəyi gözlənilir.
İspaniyanın bəzi digər ərazilərində güclü leysan və aşağı temperatur gözlənilir. Meteoroloqlar bildirirlər ki, İspaniyanın şimal-şərqində Kataloniyada yaxın 12 saat ərzində 180 millimetrə qədər yağıntı gözlənilir və Tarraqona yaxınlığındakı sahil zolağında tufan müşahidə oluna bilər.
Xatırladaq ki, indiyədək bölgədə sel nəticəsində 220-dən çox insan ölüb.
Qalereya
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...