İrəvan meriyasında iclas zamanı dava düşüb
İrəvan Şəhər Ağsaqqallar Şurasının növbəti iclası qalmaqallı anlarla yadda qalıb.
BAKU.WS xəbər verir ki, iclas zamanı hakim qüvvənin nümayəndələri ilə müxalifət üzvləri arasında gərginlik yaranıb.
Qarşıdurmaya seçki prosesində pozuntularla bağlı səsləndirilən ittihamlar səbəb olub.
Müxalifət blokunun "Ana Ermənistan" fraksiyasının üzvləri hakim partiyanı seçki pozuntularında ittiham ediblər. Buna cavab olaraq, İrəvan merinin müavini Armen Pambuxçyan müxalifət nümayəndələri ilə mübahisə etməyə başlayıb. Gərginliyin artması nəticəsində mübahisə fiziki qarşıdurmaya çevrilib.
Hadisə zamanı iclas iştirakçıları bir-birlərinə müxtəlif əşyalar, o cümlədən su şüşələri atıblar.
‼️A fight broke out between Pashinyan's party comrades and opposition representatives at Yerevan City Hall
— The Caspian Post (@thecaspianpost) June 23, 2026
Today, at a meeting of the Yerevan City Council of Elders, a fight broke out between representatives of the ruling Civil Contract party and members of the opposition.… pic.twitter.com/hZJpf0mLMG
Oxşar xəbərlər
İsti hava idmanı təhlükəyə salır: Aktiv qalaraq sağlamlığı necə qorumalı?
Alimlər xəbərdarlıq edir ki, iqlim dəyişikliyi və artan temperaturlar səbəbindən insanların fiziki aktivliyini azaltması, 2050-ci ilə qədər dünyada ildə 470,000...