İrəvan ATƏT-in Minsk qrupunun buraxılması üçün müzakirələr başladır
Ermənistan Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun buraxılması üçün müzakirələr başlamaq niyyətindədir.
BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
"Biz deyirdik ki, müzakirə edilə bilən məsələlər var və müzakirə edilməyən məsələlər var. Müzakirə edilə bilənlərdən biri ATƏT-in Minsk Qrupunun buraxılması imkanıdır. Bir daha təkrar edirəm: ATƏT MQ-nin buraxılması məsələsi müzakirəyə açıqdır. Biz yaxın zamanda bu barədə müzakirələr başlatmaq niyyətindəyik", – hökumət başçısı deyib.
Qeyd edək ki, Azərbaycan XİN dəfələrlə ATƏT-in Minsk Qrupunun və onunla bağlı strukturların rəsmi buraxılmasının zəruriliyini vurğulayıb.//Report.az
Oxşar xəbərlər
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər – Trampdan açıqlama
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişənin nizamlanması istiqamətində razılıq əldə olunmasa, Moskvaya qarşı sanksiyaların sərtləşdiri...