İranın Əhvaz şəhərində partlayış səsləri eşidilib
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Xuzistan vilayətinin Əhvaz şəhərində partlayış səsləri eşidilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"Bir neçə dəqiqə əvvəl Əhvaz sakinləri partlayışlar barədə xəbər veriblər", - məlumatda bildirilib.
Qeyd olunub ki, partlayışların dəqiq yeri və mənbəyi hələ müəyyən edilməyib. Bu partlayışların İranın Bəhreyn və Küveytdəki ABŞ bazalarına hücumuna Amerikanın cavab zərbəsi olduğu ehtimal edilir.
Xatırladaq ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyndəki bazasına raket hücumu həyata keçirib. Küveyt isə öz ərazisi üzərində İran raketlərinin və pilotsuz uçuş aparatlarının (PUA) ələ keçirildiyini bildirib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...