İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
30
mar
2026
21:34
ABŞ və İsrailin hücumları nəticəsində İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Cəmiyyətin təqdim etdiyi statistikaya görə, regionlarda 105.325 mülki obyekt, 83.351 yaşayış binası və paytaxt Tehranda isə 39.508 yaşayış və ticarət binası zərər görüb.
Bundan əlavə, cəmiyyət 297 tibb və müalicə mərkəzinə, 600 məktəbə, 18 Qızıl Aypara mərkəzinə, 48 təcili yardım maşınına və üç təcili yardım helikopterinə hücum edildiyini bildirib.
Oxşar xəbərlər
Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasında çıxış edib və bildirib ki, Türkiyənin əsas ar...