İranda yeni Ali rəhbər necə seçiləcək?
Yeniliklərdən dərhal xəbərdar olun
İran Konstitusiyasına görə, ölkədə Ali rəhbərin seçilməsi səlahiyyəti Ekspertlər Şurasına məxsusdur.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən yayılan açıqlamada yer alıb.
Qurumun teleqram kanalında bildirilib ki, mövcud vəziyyət ağır və kədərli olsa da, hüquqi mexanizmlərlə bağlı heç bir qeyri-müəyyənlik yoxdur. Vurğulanıb ki, ölkənin hüquq sistemi və konstitusiyası bu kimi hallarla bağlı bütün prosedurları əvvəlcədən müəyyən edib.
Açıqlamada qeyd olunub ki, yeni Ali rəhbərin seçilməsi birbaşa Ekspertlər Şurasının səlahiyyətinə daxildir. Proses İran Konstitusiyasının 111-ci maddəsinə uyğun şəkildə həyata keçirilir.
Rəsmi qurumlar prosesin qanun çərçivəsində davam etdiriləcəyini bəyan ediblər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...