İranda "Mossad"la əməkdaşlıq edən beş nəfər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İranın hüquq-mühafizə orqanları ölkənin cənub-qərbində İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıq edən beş nəfəri saxlayıb.
BAKU.WS "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yerli idarəsi məlumat yayıb.
"Luristan vilayətinin SEPAH kəşfiyyatı "Mossad"ın tapşırıqlarını yerinə yetirməyi planlaşdıran satqınlardan beş nəfərini aşkarlayaraq saxlayıb", - məlumatda qeyd olunub.
Öz növbəsində, İran hüquq-mühafizə orqanlarının rəsmi nümayəndəsi Müntəzir əl-Mehdi ILNA agentliyinə Əlborz, Tehran vilayətlərində və İranın bir sıra digər ərazilərində pilotsuz uçuş aparatlarının yığıldığı emalatxanaların aşkar edildiyi, həmçinin partlayıcı maddələr və dronlar daşıyan bir neçə avtomobilin saxlanıldığı barədə məlumat verib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...