İran Ukraynaya cavab zərbəsini nəzərdən keçirib
İran Ukraynanın Xəzər dənizində İranla əlaqəli gəmiyə hücumundan sonra cavab zərbəsi endirməyi nəzərdən keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə "The New York Times" İran və Qərb rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, iyulun 25-də baş verən hücumdan sonra Tehran Ukraynadakı limanlardan birini hədəfə almağı müzakirə edib. Lakin intensiv diplomatik təmaslar nəticəsində vəziyyətin hələlik gərginləşməsinin qarşısı alınıb.
Nəşrin məlumatına əsasən, İranın Ukraynaya nisbətən kiçik döyüş başlığına malik ballistik raketlə simvolik xarakter daşıyan zərbə endirməyi planlaşdırdığı iddia olunur.
Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) iyulun 25-də Xəzər dənizində Rusiyaya məxsus neft platformasına, eləcə də İran və Rusiya arasında hərbi yüklərin daşınmasında istifadə edildiyi bildirilən gəmilərə pilotsuz uçuş aparatları ilə hücum təşkil etdiyini açıqlamışdı.
İranın xarici işlər naziri Abbas Əraqçi hücumu pisləyərək bunun cavabsız qalmayacağını bəyan edib. Ukraynanın xarici işlər naziri Andriy Sibiha isə İranın ittihamlarını əsassız adlandıraraq Tehranın Rusiyanın Ukraynaya qarşı müharibəsində birbaşa tərəf olduğunu bildirib.
Oxşar xəbərlər
"Apple" cihazlarını almaq əvəzinə kirayəyə verməyə başladı
"Apple" istifadəçilər üçün yeni cihaz kirayəsi proqramını istifadəyə verib. Yeni model çərçivəsində şirkətin bəzi məhsullarını almaq əvəzinə aylıq ödənişlə kira...