İran təyyarələrdə bəzi elektron rabitə vasitələrini qadağan edib
İranda mobil telefonlar istisna olmaqla, təyyarənin göyərtəsində istənilən rabitə vasitələrinin gətirilməsi qadağan edilib.
"Report" ISNA agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Cəfər Yazırlu bildirib.
Onun sözlərinə görə, elektron rabitə vasitələrinin həm əl yükündə, həm də yoxlanılmış baqajda aparılması qadağandır.
Yazırlu qeyd edib ki, sərnişinlər uçuşların təhlükəsizliyini təmin etmək üçün təyyarənin göyərtəsində peycer, səsgücləndirici və bu kimi elektron rabitə vasitələrini gətirməkdən çəkinməlidirlər.
Xatırladaq ki, sentyabrın 17-də və 18-də Livanın müxtəlif ərazilərində rabitə vasitələri partladılıb. Rəsmi məlumatlara görə, 37 nəfər həlak olub, 3 mindən çox insan yaralanıb. "Hizbullah" və Livan səlahiyyətliləri baş verən hadisədə İsraili ittiham edib.
Oxşar xəbərlər
İsrail Livanın cənubunda "Hizbullah" obyektlərinə kütləvi zərbələr endirdiyini açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri son saatlarda Livanın cənubundakı Sur şəhərində "Hizbullah"ın hərbi obyektlərinə iki seriya zərbələr endirib. "Report" xəbər verir k...