İran Bəhreyndə Qətər hərbçilərinin olduğu binanı vurub
İran Bəhreyn ərazisində yerləşən və Qətər hərbçilərinin olduğu binalara hücum edib.
BAKU.WS xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat verib.
Nazirliyin bəyanatında bildirilib ki, İran müxtəlif ərazilərdə yerləşən və Qətər Hərbi Dəniz Qüvvələrinin bölmələrinin yerləşdiyi binalara zərbə endirib. Həmin bölmələr Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının birgə hərbi komandanlığının dəniz əməliyyatları mərkəzinin tərkibində fəaliyyət göstərir.
Bəyanatda qeyd olunub ki, Qətər bu hücumu qəti şəkildə pisləyir və onu regionda təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirir.
Bundan əlavə, 6 mart gecəsi Qətərin hava hücumundan müdafiə sistemləri "Əl-Udeyd" aviabazasına yönəlmiş pilotsuz uçuş aparatlarının hücumunun qarşısını alıb. Həmin bazada ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) qərargahı yerləşir.
Qətər Xarici İşlər Nazirliyi bundan əvvəl də İran pilotsuz aparatlarının istifadə olunduğu hücum cəhdlərini – o cümlədən Türkiyəyə və Azərbaycanda yerləşən hava limanlarından birinə qarşı yönəlmiş zərbə cəhdlərini pisləmişdi.
Rəsmi Doha bu hadisələri "təhlükəli eskalasiya" və dövlət suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirərək, bunun regional təhlükəsizlik və sabitliyə ciddi risk yaratdığını bildirib.
Oxşar xəbərlər
İranın dəhşətli PUA hücumu zamanı nələr yaşandı?
Martın 5-də İran tərəfindən Naxçıvana atılan pilotsuz uçuş aparatlarının zərbə dalğası yaxınlıqda yerləşən Şəkərabad kəndindəki bəzi evlərdən yan keçməyib. Belə...