İran Avropaya bütün uçuşlarını dayandırdı
Avropa İttifaqının (Aİ) dövlət aviaşirkəti "Iran Air"ə qarşı tətbiq etdiyi yeni sanksiyalardan sonra İran Avropaya bütün uçuşları dayandırıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Nəşrin məlumatına görə, yeni məhdudiyyətlərin elan edilməsindən bir neçə saat sonra İran aviadaşıyıcısı sərnişinlərə Avropaya bütün uçuşların ləğvi ilə bağlı mesajlar göndərib.
Bunun Brüsselin qərarı ilə bağlı olduğu dəqiqləşdirilir.
Mənbə onu da bildirir ki, bazar ertəsi, oktyabrın 14-də Aİ İranın üç aviaşirkətini - "Iran Air", "Mahan" və "Saha"nı yeni sanksiyalar siyahısına əlavə edib.
Oxşar xəbərlər
İsrail ordusu: İran raketlərinin zərərsizləşdirilməsi üzərində iş aparılır
İsrail Müdafiə Qüvvələri (İMQ) İranın növbəti raket hücumu dalğasını qeydə alıb. BAKU.WS xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bəyanat yayıb. "İsrai...