iPhone telefonlarının qiymətləri bahalaşacaq - SƏBƏB
"Apple" korporasiyası yaz aylarına yaxın yaddaş çatışmazlığı səbəbindən smartfonlarının qiymətlərini artırmağa məcbur qalacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "AppleInsider" nəşri məlumat yayıb.
Analitik materialda mütəxəssislər yaddaş böhranının "iPhone" istehsalının iqtisadiyyatına təsirini təhlil ediblər. Ekspertlər proqnozlaşdırırlar ki, ilin əvvəli "Apple" üçün smartfon satışlarının yüksək olması səbəbindən uğurlu keçəcək, lakin sonradan şirkət cihazların qiymətlərini artırmalı olacaq.
Materialda qeyd olunur ki, Apple-ın yeni alışlar etməmək üçün kifayət qədər ucuz NAND-yaddaş ehtiyatı var. Lakin mart ayında başa çatacaq birinci rübün sonunda texnologiya nəhəngi böyük ehtimalla qiymət siyasətini yenidən nəzərdən keçirəcək. İstehsal xərclərinin artması səbəbindən "Apple" gələcək "iPhone 18" seriyalı smartfonların qiymətini ehtimal ki, 100 dollar (7,7 min rubl) artıracaq.
Qeyd edək ki, ilin birinci rübündə NAND-yaddaşın qiymətləri əvvəlki rüblə müqayisədə 55-60 faiz, mobil DRAM-yaddaşın qiymətləri isə 53-58 faiz artacaq. Hesabat müəllifləri bildiriblər ki, 2026-cı ilin birinci rübünün nəticələri Tim Kukun rəhbərlik etdiyi şirkətin investorları üçün müsbət olacaq.
Oxşar xəbərlər
Ermənistan Azərbaycanın COP17-də iştirak edəcəyinə ümid edir
Ermənistan 2026-cı il oktyabrın 18-30-da İrəvanda keçirilməsi planlaşdırılan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17...