İntihar edən məşhur fenomen Dilan Polatın vəkili ilə sevgiliymiş - DETALLAR

İntihar edən məşhur fenomen Dilan Polatın vəkili ilə sevgiliymiş - DETALLAR
Foto
Dünya 101

Türkiyənin Sultanbəyli ərazisində yaşadığı evin 5-ci mərtəbəsindən özünü ataraq intihar edən fenomen Kübra Aykutun Dilan Polatın vəkili Enes Çetinkayanın sevgilisi olduğu ortaya çıxıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, xəbəri alan Polat ailəsi gecə yarısı xəstəxanaya gedib.

Məluamata görə, Kübra Aykut dünən evdə çəkdiyi videolarda arıqlayaraq 44 kiloya düşdüyünü, buna görə zəiflədiyini və evini təmizləmək üçün dostlarından kömək istədiyini bildirib.

O, hər gün bir kilo arıqladığını və çox zəiflədiyini söyləyib.

İntihar isə ötən gecə Sultanbəylidə, lüks plazalardan birində qeydə alınıb.

Binanın təhlükəsizlik əməkdaşı vəziyyətlə bağlı polis qruplarına məlumat verib.

Sonra intiharın baş verdiyi ünvana çoxlu sayda polis məmuru, hadisə yeri araşdırma qrupları və sağlamlıq qrupları sövq edilib. Hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən Kübra Aykutun öldüyü müəyyən edilib. Mərhum Kübra Aykutun meyiti özəl xəstəxananın morquna aparılıb. Polis qrupları hadisə ilə əlaqədar araşdırmaya başlayıb.

Aykut ölümündən 5-6 saat əvvəl instaqram səhifəsindən evini təmizlədiyi anları paylaşıb. Məşhur fenomen paylaşdığı son videoda "Enerjimi çox yaxşı bərpa etdim, amma çəkimi bərpa edə bilmirəm. 44 kiloya düşdüm. Yemək yeyə bilmirəm. Mən ac deyiləm. İnternetdə iştahaaçan qarışıqlar tapdım. Vitaminlər məni acmağa qoymur? Həkimim deyir ki, birdən yeməyə təsir edər. Mən heç yeyə bilmirəm. Düşünürəm ki, sabah 43 həftədə 40 kilo olacağam. "Məni təcili kökəltməlisiniz" deyib.

Məşhur fenomenin sevgilisinin Dilan və Engin Polat cütlüyünün vəkili Enes Çetinkaya olduğu iddia edilib. Dilan Polat Kübra Aykutun cəsədinin olduğu xəstəxanaya gəlib. Bir müddət xəstəxanada gözləyən Polat polis qruplarından və xəstəxanadan məsələ ilə bağlı məlumat alıb.

Son xəbərlər